Florentino Peres “Real”ın oyunçularını mükafatlandırdı

“Real”ın prezidenti Florentino Peres ötən il Çempionlar Liqasında qalibiyyətə görə “Real”ın hər bir oyunçusunu mükafatlandırıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Peres “Real”ın futbolçularına ötənilki uğur müqabilində ümumilikdə 40 milyon avro məbləğində mükafat verib.

“Real”ın hər bir oyunçusu Çempionlar Liqasının ötənilki finalının Dortmund “Borussiya”sı ilə oyununda 2:0 hesablı qələbədən sonra 900 min avro məbləğində mükafat alıb.

Vurğulanır ki, “Real” rəhbərliyi, bu mövsüm də müvafiq uğuru təkrar edəcəkləri halda, “qaymaqlılar”ın oyunçularına nəhəng məbləğdə mükafat verməyi nəzərdə tutub. Həmçinin “Real” rəhbərliyi yayda ABŞ-da keçiriləcək klublararası dünya çempionatında qalibiyət müqabilində “qaymaqlılar”ın oyunçularının hər birini 650 min avro məbləğində mükafatlandırmağa hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: