Bu gün futbol üzrə İtaliya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Empoli” doğma meydanda “Bolonya” ilə üz-üzə gəlib. Rəqibini səfərdə 3 cavabsız qolla məğlub etmiş “Bolonya” finala yüksəlmək yoluna önəmli addım atıb.
Digər yarımfinal görüşü sabah “Milan”la “İnter” arasında baş tutacaq.
Xatırladaq ki, İtaliya Kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 23-də və 24-də keçiriləcək.
İtaliya Kuboku
Yarımfinalın ilk oyunları
1 aprel
Empoli – Bolonya 0:3
Qollar: Orsolini, 23. Dallinqa, 29; 51.
2 aprel
23:00. Milan – İnter


