İnzaqi: “Necə vacib bir oyunla üz-üzə olduğumuzu bilirik”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya Kubokunun “Milan”la səfərdə ilk yarımfinal oyunundan gözləntisini açıqlayıb.

Arena.az “İnter”in mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz, necə vacib bir oyunla üz-üzə olduğumuzu bilirik, axı bu, yarımfinaldır, derbidir. Biz, cari mövsümdə bizə və digərlərinə fəsadlar yaşatmış komandaya qarşı yaxşı oyun nümayiş etdirmək niyyətindəyik”, deyə İnzaqi vurğulayıb.

Xatırladaq ki, “Milan” – “İnter” oyunu bu gün, aprelin 2-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: