“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya Kubokunun yarımfinalının “Milan”la səfərdəki ilk oyununu (1:1) şərh edib.
Arena.az “İnter”in rəsmi saytına istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu, gərgin derbi idi. Biz birinci hissədə hesabda önə keçə bilərdik. Amma mən düşünürəm ki, biz əla oyunçuları olan həqiqətən güclü komandaya qarşı daha yaxşı oynayaraq, çoxlu məqamlar yaratdıq. Mən ilk qola təkrar baxdım, orada onların xeyrinə işləmiş top sıçrayışı vardı, təsadüfdür, amma komandam bunun müqabilində öz mövqeyini əldən vermədi və biz ikinci hissəni əla keçirdik.
Bu, mənim oyunçularımın yaxşı çıxış etdikləri bir oyun idi. Biz aprel ayına böyük ümidlərlə daxil oluruq, çünki, qarşıda hələ çox çağırışlarımızın olduğunu bilirik. Hazırda mənim ən böyük arzum – əsas heyətin bütün oyunçularının ixtiyarımda olmasıdır. Biz, irəlidə mövsümün sonunda nə baş verəcəyinin intizarındayıq.
Mənim, bu komandanı çalışdırmaqla bağlı bəxtim gətirib və mən onların sadiqliyi və bu işə aidiyyat duyğusu ilə qürur duyuram”, deyə Simone İnzaqi vurğulayıb.
Komandalar cavab oyunu çərçivəsində aprelin 23-də qarşılaşacaqlar. “İnter” şərti ev sahibi qismində çıxış edəcək.


