Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü “Qarabağ”la “Zirə” arasında baş tutub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş qarşılaşmanı İnqilab Məmmədov idarə edib. 67 xalla zirvədə qərarlaşmış Ağdam təmsilçisi əsas izləyicisi, 55 xalı olan “Zirə”ni məğlub yola sala bilsə, çempionluğu bir qədər də yaxınlaşdırmış olacaqdı.
“Qarabağ”la “Zirə” daha öncə 38 oyunda qarşılaşmışdılar, bu görüşlərdə ağdamlılar 25, zirəlilər cəmi 2 qələbəyə sevinmişdilər. 11 görüş də heç-heçə bitmişdi. “Qarabağ” son 6 oyunda bu rəqibinə qol vurmuşdu. Ənənə bu oyunda da davam edib. Ağdam təmsilçisi 15-ci dəqiqədə Kadi Borgesin vurduğu yeganə qol sayəsində turun mərkəzi oyunundan 3 xalla ayrılıb və zirvədəki mövqeyini daha da möhkəmləndirib. Son dəqiqələrdə penalti qazanmış “Zirə” isə bu şansdan yararlana bilməyib və liderdən daha da uzaq düşüb.
Premyer Liqa
29-cu tur
6 aprel
“Qarabağ” – “Zirə” 1:0
Qol: Kadi Borges, 15.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 90. Davit Volkov, 30. Rikardo Martins, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.


