Simone İnzaqi: “Bayern”ə fəsadlar yaşadacağıq”

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/4 finalının səfərdə baş tutacaq “Bayern”lə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az italyan mütəxəssisin oyunöncəsi mətbuat toplantısında səsləndirdiyi müvafiq açıqlamasını təqdim edir:

“Bayern” həmişə fəal və kəskin fəaliyyət göstərir – bu, bu komandaının səciyyəvi xüsusiyyətidir. Bizim düşərgəmizdə olduğu kimi, “Bayern”də də vacib oyunçular sıradan çıxıblar. Biz beş futbolçunun xidmətindən məhrumuq, rəqibimizin də bir neçə oyunçusu ixtiyarında deyil. Bu oyunda bizə səbrlə dözmək gərək olacaq, amma “Bayern”ə fəsadlar yaşadacağımız məqamlar da olacaq”, deyə Simone İnzaqi vurğulayıb.

“Bayern” – “İnter” oyunu bu gün, aprelin 8-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: