Vinçentso İtalyano: “Napoli” ilə heç-heçədən məmnunam”

“Bolonya”nın baş məşqçisi Vinçentso İtalyano İtaliya A Seriyasının 31-ci turunda qarşılaşdıqları “Napoli” ilə ev oyununu (1:1) şərh edib.

Arena.az “calcionapoli1926.it” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Birinci hissədə rəqib daha yaxşı oynayırdı, ikinci hissədə isə biz öz oyunumuzu rəqibə sırımağa müvəffəq olduq və onu əsasən meydanın özünə aid hissəsində saxlayırdıq. Mən çıxışımızdan razıyam, qazandığımız xaldan məmnunam. “Napoli” – çempionatın ən güclü klublarından biridir. Bizim, yarış cədvəlindəki mövqeyimiz yaxşıdır, müsbət dalğadayıq, biz, görmək istənilən kimi oynayırıq”, deyə Vinçentso İtalyano məmnunluqla vurğulayıb.

31 oyundan 57 xal topamış “Bolonya” İtaliya A Seriyasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Napoli” isə 65 xalla 2-ci pillədədir.

A Seriyasına 68 xalla “İnter başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: