Azərbaycan millisi Avropa çempionu oldu – 5-ci dəfə!

Sərbəst güləş üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, millimiz 119 xal toplayaraq komanda hesabında 1-ci yeri tutub.

Təmsilçilərimiz Gürcüstan (114 xal) və Türkiyəni (73 xal) arxada qoyaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Sərbəst güləş yığmamız tarixində 5-ci də Avropa çempionu tituluna sahib çıxıb. Bundan əvvəl millimiz 2009, 2017, 2022 və 2023-cü illərdə də qitənin ən güclüsü olmuşdu.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını 6 medalla başa vurub. Güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc qazanıblar. Komandamızın heyətində Georgi Meşvildişvili (125) qızıl medal qazanıbsa, Osman Nurməhəmmədov (92 kq) “gümüş”lə kifayətlənib. İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (75 kq) isə “bürünc” medal əldə ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: