Azərbaycan millisi ikinci dəfə Avropa çempionu oldu!

Sərbəst güləş üzrə millimizin Avropa çempionluğundan bir neçə gün sonra yunan-Roma güləşi üzrə Azərabaycan millisi də Avropa çempionu olub.

Arena.az xəbər verir ki, Slovakiyada keçirilmiş qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 151 xalla komanda hesabında Avropanın ən güclüsü adını qazanıb.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində 2-ci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olublar. Eldəniz Əzizli (55 kq) gümüş medalla kifayətlənib. Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bu Avropa çempionatını bürünc medalla başa vurublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: