Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında Madrid “Atletiko”su doğma meydanda “Valyadolid”lə münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi altı qolun qeydə alındığı bu oyundan əzmkar qələbə ilə ayrılıb.
Beləliklə, İspaniya La Liqasının cari mövsümünün geridə qalmış 31 turundan sonra 70 xala malik “Barselona” vahid liderdir. “Real” 66 xalla ikinci, Madridin digər təmsilçisi “Atletiko” isə 63 xalla üçüncü pillədə qərarlaşıb. “Atletik” 57, “Vilyarreal” 51, “Betis” 48, “Selta” və “Malyorka” 43, “Real Sosyedad” 41, “Rayo Valyekano” 40, “Xetafe” 39 xal toplayıb.
İspaniya, La Liqa
31-ci tur
11 aprel
Valensiya – Sevilya 1:0
Qol: Querra, 45+4.
12 aprel
Real Sosyedad – Malyorka 0:2
Qollar: K.Larin, 20. S.Darder, 47.
Xetafe – Las Palmas 1:3
Qollar: Alderete, 19 – F.Silva, 53; 74. Makbörni, 61.
Selta – Espanyol 0:2
Qollar: F.Jaen, 28; 63.
Leqanes – Barselona 0:1
Qol: Saens, 48-öz qapısına.
13 aprel
Osasuna – Jirona 2:1
Qollar: Budimir, 38. İbanes, 79 – Asprilla, 90+6.
Alaves – Real 0:1
Qol: Kamavinqa, 34.
Betis – Vilyarreal 1:2
Qollar: Ruibal, 3 – Barri, 26. A.Peres, 48.
Atletik – Rayo Valyekano 3:1
Qollar: Sanset, 58-pen; 90+4. N.Uilyams, 80 – Siss, 37.
14 aprel
Atletiko – Valyadolid 4:2
Qollar: X.Alvares, 25-pen; 71-pen. C.Simeone, 27. Sörlot, 79 – Silla, 21-pen. Sançes, 56.


