Flik təqvim haqda: “Belə hoqqalar ancaq La Liqada çıxır”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik, İspaniya La Liqasının rəhbərliyini yarışın cari təqviminin tərtibatına görə tənqid edib.

Arena.az məlumat verir ki, alman mütəxəssis mətbuat toplantısında “gözünü yumub, ağzını açıb”:

“Siz bilirsinizmi ki, “Barselona” son iki həftə ərzində neçə oyun keçirib? Həmin vəziyyət bizi, elə, Milanda da gözləyir (Çempionlar Liqasının yarımfinalının “İnter”lə səfər oyunu – redaktorun qeydi). Dortmund “Borussuya”sı ilə oyundan (1:3) sonra komandam gecə saat üçdə gəlib-çıxdı, səhər saat beşdə isə başını atıb yatdı. Belə hoqqalar ancaq burada (İspaniya La Liqasında – redaktorun qeydi) çıxır.

Digər çempionatlar öz klublarını Çempionlar Liqasının oyunları zamanı qoruyurlar. Amma bizdə istirahətə vaxt tapılmır. Təqvim haqda qərar qəbul edənlər heç nə bilmir və anlamırlar. Ola bilsin ki, biz heç də yaxşı vəziyyətdə deyilik, amma mən, yarımfinala çıxmış öz komandamla qürur duyuram.

Əgər mövsümün əvvəlində kimsə bizə desəydi ki, “Barselona” İspaniya Kral Kubokunun finalına yüksələcək, Çempionlar Liqasının yarımfinalına çıxacaq və İspaniya La Liqasının zirvəsində olacaq, onda biz inanmazdıq. Komandam cəmi bircə oyunda uduzub”, deyə Hansi Flik vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: