La Liqa: “Atletiko” və “Betis”dən darmadağın

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Leqanes” – “Jirona” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Səfərdə “Osasuna” ilə qarşılaşmış “Sevilya” minimal hesabla məğlub olub.

Madrid “Atletiko”su bu “Rayo Valyekano” ilə ev oyununda 3 cavabsız qolla qalib gəlib. “Betis” də evdə “Valyadolid”i böyük hesabla məğlub edib.

Beləliklə, La Liqanın cari mövsümünün geridə qalmış 33 turundan sonra 76 xal toplamış “Barselona” vahid liderdir. Madrid “Real”ı 72 xalla ikinci, paytaxtın digər təmsilçisi “Atletiko” isə 66 xalla üçüncü pillədə qərarlaşıb. “Atletik” 60, “Betis” 54, “Vilyarreal” 52, “Selta” 46, “Osasuna” və “Malyorka” 44, “Real Sosyedad” 42, “Rayo Valyekano” 41 xal toplayıblar.

İspaniya, La Liqa
33-cü tur

22 aprel

Valensiya – Espanyol 1:1
Qollar: Querra, 57 – Puado, 40.

Barselona – Malyorka 1:0
Qol: Olmo, 46.

23 aprel

Atletik – Las Palmas 1:0
Qol: İ.Uilyams, 5.

Selta – Vilyarreal 3:0
Qollar: F.Lopes, 45. B.İqlesias, 53. Y.Aspas, 87-pen.

Alaves – Real Sosyedad 1:0
Qol: Tenalya, 65.

Xetafe – Real 0:1
Qol: A.Gülər, 21.

24 aprel

Leqanes – Jirona 1:1
Qollar: Əl-Haddadi, 90+2 – Stuani, 54.

Osasuna – Sevilya 1:0
Qol: R.Qarsiya, 25.

Atletiko – Rayo Valyekano 3:0
Qollar: Sörlot, 3. K.Qallaxer, 45. X.Alvares, 77.

Betis – Valyadolid 5:1
Qollar: X.Rodriqes, 17. K.Hernandes, 64. İsko, 66. Perro, 84. Ezzalzuli, 90 – Çuki, 41.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: