“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının “Torino” ilə 36-cı tur səfər oyununda 2:0 hesablı qələbəni şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən oyun ərəfəsində demişdim ki, təəssüf ki, skudetto artıq bizim əlimizdə deyil, amma bizə, elə, “Torino” ilə oyunda olduğu kimi, diqqətlə oynamağa davam etmək gərəkdir. Bütün güc-qüvvəmizi, öz azarkeşləri qarşısında məğlub olmamış komandaya verməklə. Bizə sərt oyun gərək idi, elə, oyun da belə idi”, deyə Simone İnzaqi vurğulayıb.
36 turdan sonra “İnter”, lider “Napoli”nin xal itirməsindən istifadə edərək, fərqi 1 xala endirib. “Eşşəkciklər” 78 xalla zirvədə, “neradzurri” isə 77 xalla 2-ci pillədə qərarlaşıb. “Torino” 44 xalla 11-ci pillədə yer alıb.


