La Liqa: “Real”dan “Malyorka” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 36-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də üç qarşılaşma baş tutub.

“Alaves” evdə “Valensiya”ya, “Vilyarreal” isə “Leqanes”ə qalib gəlib. Madrid “Real”ı da “Malyorka” ilə ev oyunundan əzmkar qələbə ilə ayrılıb.

36-cı turun qalan görüşləri mayın 15-də keçiriləcək.

İspaniya, La Liqa
36-cı tur

13 may

Valyadolid – Xetafe 0:1
Qol: Stuani, 80.

Real Sosyedad – Selta 0:1
Qol: A.Qonsales, 44.

Sevilya – Las Palmas 1:0
Qol: Paskual, 52.

14 may

Alaves – Valensiya 1:0
Qol: J.Jordan, 79-pen.

Vilyarreal – Leqanes 3:0
Qollar: A.Peres, 23; 31. N.Pepe, 45.

Real – Malyorka 2:1
Qollar: Mbappe, 68. X.Ramon, 90+5 – Valient, 11.

15 may

21:00. Osasuna – Atletiko
21:00. Rayo Valyekano – Betis
23:30. Espanyol – Barselona
23:30. Xetafe – Atletik

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: