“Bolonya”nın baş məşqçisi Vinçentso İtalyano İtaliya Kubokunun finalında “Milan” üzərində 1:0 hesablı qələbəni şərh edib.
Arena.az “Sport Mediaset” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bunca pərişanlıqdan sonra, düşünürəm ki, biz bunu haqq etdik, xüsusilə bizim bu oyunu olduqca gözəl keçirməyimiz mənzərəsində. Əla oyun idi, biz “Milan”ın ikinci hissədə nələr edə biləcəyini bilirdik və buna qarşı müqavimət göstərə bildik.
Bu gözəl mövsüm qənimətlə bəzəndi, tərəfdarlarımız buna layiqdirlər”, deyə Vinçentso İtalyano vurğulayıb.
Xatırladaq ki, “Bolonya” tarixində 3-cü dəfə İtaliya Kubokunu klubun qənimətlər muzeyinə aparıb. “Bolonya”nın əvvəlki iki uğuru 1970-ci və 1974-cü illərə təsadüf edib.
“Milan” 15 dəfə İtaliya Kubokunu qazanıb.
İtaliya Kubokunu ən çox qazanmış klub isə “Yuventus”dur. “Qoca sinyora”nın “qarderobunda” 22 müvafiq qənimət var.


