İspaniya La Liqasında mübarizə aparan “Osasuna”nın baş məşqçisi Visente Moreno mövsüm başa çatandan sonra vəzifəsindən ayrılacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Ötən yay La Liqa komandasının “sükanı arxasına” keçmiş mütəxəssislə bağlanan müqavilənin müddəti cari mövsümün sonunda başa çatacaq. Tərəflər işbirliyini davam etdirməməyə qərar veriblər. Moreno qarşıdakı üç oyunun onun “Osasuna”dakı son matçları olduğunu bəyan edib.
Qeyd edək ki, “Osasuna” 35 turdan sonra 45 xalla İspaniya La Liqasənın turnir cədvəlində 10-cu yerdə qərarlaşıb. Morenonun komandası 35 oyunda 10 qələbə qazanıb, 15 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Visente Moreno bu komandanı bütövülkdə 40 oyuna çıxarıb. “Osasuna” bu görüşlərdə 14 qələbə qazanıb, 15 heç-heçə edib və 11 məğlubiyyətə üzülüb.
Visente Moreno daha öncə “Almeriya”, “Əl-Şabab”, “Espanyol”, “Malyorka”, “Ximnastik”, “Xeres” kimi komandalara da rəhbərlik edib.


