Teymur ilk gündə 3, Şəhriyar 2 qələbə qazandı

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 5-ci mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, “New In Chess” adlı mərhələdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edir. Ümumilikdə 16 qrossmeyster 3 gün ərzində bir-biri ilə üz-üzə gələcək.

Birinci yarış günündə ilk 5 turun görüşləri oynanılıb. Rəcəbov oyunlarından üçünü qələbə ilə başa vurub. Onun qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyan və təşkilatçı Maqnus Karlsenlə qarşılaşmalarında heç-heçə qeydə alınıb.

Məmmədyarov isə gecəni 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə başa vurub.

1-ci tur
Teymur Rəcəbov – Qaveyn Cons (Böyük Britaniya) – 1:0
Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov – 1:0

2-ci tur
Teymur Rəcəbov – Aryan Tari (Norveç) – 1:0
Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE) – 1:0

3-cü tur
Levon Aronyan (Ermənistan) – Teymur Rəcəbov – 0,5:0,5
Yan Kşiştof Duda (Polşa) – Şəhriyar Məmmədyarov – 0:1

4-cü tur
Şəhriyar Məmmədyarov – Rameşbabu Praqqnanandha (Hindistan) – 0,5:0,5
Teymur Rəcəbov – Yohan-Sebastyan Kristiansen (Norveç) – 1:0

5-ci tur
Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov – 0,5:0,5
Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov – 1:0

İlk oyun günündən sonra Rəcəbov 4 xalla 1-ci, Məmmədyarov 2,5 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: