Madrid “Atletiko”sunun ispaniyalı mərkəz yarımmüdafiəçisi Pablo Barrios İspaniya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
“Atletiko”nun 21 yaşlı yarımmüdafiəçi ilə yeni müqaviləsinin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2028-ci ilin 30 iyununa kimi idi.
Pablo Barrios karyerasının ilk illərində “Moratalaz” və Madrid “Real”ının futbol akademiyalarında da çıxış edib. 2017-ci ildən Madrid “Atletiko”sunun sıralarında olan yarımmüdafiəçi 2022-ci ildən əsas komandaya cəlb olunub. O, cari mövsümdə meydana çıxdığı 40 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə verib. Barrios “Atletiko”nun heyətində bütövlükdə 101 oyun keçirib, 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniyanın U-19, U-21 və Olimpiya yığmalarında da oynamış Barrios, 2024-cü ilin noyabrında əsas millidə debüt edib.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.



