“İnter”in 26 yaşlı italyan mərkəz müdafiəçisi Alessandro Bastoni İtaliya A Seriyasında mövsümün ən yaxşı müdafiəçisi seçilib.
Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.
2024/2025-ci illər mövsümündə Bastoni İtaliya A Seriyasında 33 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Bastoni “Atalanta”nın məzunudur. “İnter” Bastonini 2017-ci ilin avqust ayında 31,10 milyon avro məbləğ müqabilində “Atalanta”dan tamhüquqlu əsasda heyətinə qatıb və bir müddət Berqamo klubunda və “Parma”da icarədə oynadaraq, yenidən “neradzurri”yə cəlb edib.
“İnter”in Bastoni ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Bastoni “İnter” üçün 52 oyun keçirib, 1 qol vurub və 6 məhsudalr ötürmə verib.
Bastoninin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsəi 253 oyun, 5 qol və 24 məhsudlar ötürmədən ibarətdir.
Alessandro Bastoni 2020-ci ilin noyabr ayında debüt etdiyi İtaliya yığmasınnı heyətində 35 oyuna 2 qolla fərqlənib.
Bastoni “İnter”lə 2 dəfə İtalyia A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə İtaliya Super Kubokunu qazanıb, həmçinin “skuadra adzurra” ilə AÇ-2020-nni qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı italyan mərkəz müdafiəçisinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


