Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 38-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun və mövsümün sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Vilyarreal” – “Sevilya” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Jirona”nın qonağı olan Madrid “Atletiko”su mövsümün son oyununda 4 cavabsız qola sevinib. Mövsümün qalibi olmuş “Barselona” isə son turda “Atletik”i səfərdə 3 cavabsız qolla yenib.
Beləliklə, “Barsa” 2024/25 mövsümünü 88 xalla zirvədə tamamlayıb. Madrid “Real”ı 84 xalla ikinci, paytaxtın digər təmsilçisi “Atletiko” isə 76 xalla üçüncü olub. Bu üç komanda ilə yanaşı, mövsümü 70 xalla tamamlamış sonrakı iki pillənin sahibləri – “Atletik”lə “Villyarreal” da UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar.
“Betis” (60) və “Selta” (55) komandaları gələn mövsüm İspaniyanı Avropa Liqasında təmsil edəcəklər. 52 xalla 8-ci yeri tutmuş “Rayo Valyekano”nu isə Konfrans Liqasında mübarizə gözləyir.
40 xalla 18-ci olmuş “Leqanes”, 32 xalla 19-ci yeri tutmuş “Las Palmas” və 16 xal toplamış “Valyadolid” isə La Liqanı tərk ediblər.
İspaniya, La Liqa
38-ci tur
23 may
Betis – Valensiya 1:1
Qollar: Antoni, 40 – R.Mir, 75.
24 may
Real – Real Sosyedad 2:0
Qollar: Mbappe, 38; 83.
Espanyol – Las Palmas 2:0
Qollar: Puado, 65-pen. Milya, 82.
Leqanes – Valyadolid 3:0
Qollar: X.Hernandes, 24. Diomande, 36. X.Krus, 40.
Alaves – Osasuna 1:1
Qollar: Visente, 56-pen – R.Qarsiya, 88.
Xetafe – Selta 1:2
Qollar: Mayoral, 11 – B.İqlesias, 25. Aspas, 80.
Rayo Valyekano – Malyorka 0:0
25 may
Jirona – Atletiko 0:4
Qollar: Sörlot, 68; 90; 90+3. Lanqle, 87.
Vilyarreal – Sevilya 4:2
Qollar: Pino, 4. Qeye, 8; 53. Baena, 39 – Sou, 29. R.Martines, 85.
Atletik – Barselona 0:3
Qollar: Levandovski, 14; 17. Olmo, 90+4-pen.



