Futbol üzrə İspaniya La Liqasında 2024/2025-ci illər mövsümü başa çatıb, “Barselona” 28-ci dəfə ölkə çempionu adını qazanıb.
Arena.az İspaniya La Liqasının 2024/2025-ci illər mövsümünün yekunlarını təqdim edir.
“Real” (84 xal) gümüş mükafatçı, Madrid “Ateltiko”su (76 xal) bürünc mükafatçı olub. Bilbao “Atletik”i (70 xal) fəxri dördüncü pilləni tutub, “Vilyarreal” (70 xal) 5-ci olub. Çempion “Barselona” daxil olmaqla, ilk beşliklə yer almış bu komandalar növbəti mövsümün UEFA Çempionlar Liqasına birbaşa vəsiqə qazanıblar.
“Betis” (60 xal) və “Selta” (55 xal) müvafiq olaraq 6-cı və 7-ci yerləri tutaraq, Avropa Liqasına vəsiqə əldə edilblər.
8-ci yeri tutmuş “Rayo Valyekano” (52 xal) Konfrans Liqasını təsnifat mərhələsinə vəsiqə əldə edib.
“Qapazaltılar” – “Leqanes” (40 xal), “Las Palmas” (32 xal) və “Valyadolid” (16 xal) yarış cədvəlinni “zirzəmi”sində müvafiq olaraq 18-ci, 19-cu və 20-ci yerləri tutaraq, Sequndaya yuvarlanıblar.
“Levante” La Liqaya yüksəlib. Digər iki vəsiqəyə isə 6 komanda iddia edir, mübarizə davam edir.
“Real”ın 26 yaşlı fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın heyətində debüt mövümündə 31 qol vuraraq, həm La Liqanın ən sərrast qolçusu olub və həm də “Qızıl buts” mükafatnı qazanıb.
“Barselona”nın 17 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamal 13 məhsudlar ötürmə ilə müvafiq göstəricidə ən məhsuldar oyunçu olub.


