Ançelotti: “Braziliya millisinə təyinat böyük məsuliyyətdir”

65 yaşlı italyan məşhur mütəxəssis Karlo Ançelotti Braziliya millisinin baş məqşçisi vəzifəsinə təyinatını şərh edib.

Arena.az “Marca” nəşrinə istinədən, Ançelottinin müvafiq açıqlamasını təqdim edir:

“Mən çox ümidvaram ki, Braziliya millisi yenidən dünya çempionu olacaq. Məni böyük hərarətlə qarşıladılar, biz isə çox məsuliyyətli bir iş görməyə hazırlaşırıq.

Braziliya Futbol Konfederasiyasına (CBF) və “Real”a, mənə Braziliyada işləmək imkanı təqdim etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Mənim bu ölkə ilə həmişə xüsusi münasibətlərim olub. Mən işimi yüksək səviyyədə icra etməyə çalışacağam.

Mənim Braziliya ilə əlaqəm çoxdan yaranıb, 1980-ci illərdə. Mən Braziliyanın 34-dən artıq oyunçusunu çalışdırmışam. Ronaldo, Rivaldo, Kaka… Çox çoxlarını… Onlardan sonuncularını xatırlatmaya bilmərəm, Rodriqo və Endrik kimilərini.

Mən dünyanın demək olar ki, bütün şəhərlərində olmuşam, amma Rioda (Rio-de-Janeyro – redaktorun qeydi) olmamışdım. Mən bu şəhərdən zövq almaq istəyirəm”.

İtalyan mütəxəssis nə üçün vətəni İtaliyanın yığmasını deyil, Braziliya millisini çalışdırmağa qərar veridiyini də əsaslandırıb:

“Çünki İtaliya yığmasının hazırda baş məşqçisi var, onlara məşqçi gərək deyil. Məni İtaliya yığmasına heç vaxt dəvət etməlyiblər. Maraq Braziliyadan gəlib. Mən burada olmağımla çox fəxr edirəm, axı tarix Braziliya millisinin dünyada ən yaxşı olduğunu deyir. Braziliya beş dəfə dünya çemponu olub və bunu altıncı dəfə etmək istəyir. Bu, nəhəng bir məsuliyyətdir, amma mən bunu məmnuniyyətlə qəbul edirəm”, deyə Ançelotti vurğulayıb.

Əlavə edək ki, Karlo Ançelottiyə, ictimaiyyətə təqdim edildiyi ilk mətbuat toplantısınıda Braziliya millisinin futbol köynəyi – tarixən ilk üslubda işlənmiş ağ rəngli köynək hədiyyə edilib. Hədiyyəni italyan mütəxəssisə, Braziliya millisinə 2002-ci ildə beşinci, hələ ki sonuncu dünya çempionluğunu qazandırmış 76 yaşlı braziliyalı mütəxəssis Luis Felipe Skolari təqdim edib.

Vurğulayaq ki, Ançelottinin qarşısında tək bir tapşırıq – “selesao”nu 2026-cı il dünya çempionatında çempionluğa çatdırmaq tapşırığı qoyulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: