Azərbaycan Cüdo Federasiyası milli komandalarımızın qarşıdakı günlərdə qatılacağı beynəlxalq turnirlər üçün heyətini açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 31 may – 1 iyun aralığında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda böyüklər arasında Avropa Kuboku keçiriləcək. Turnirdə ölkəmizi qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 6 çəki dərəcəsində 8 cüdoçu təmsil edəcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışa 29 ölkədən 320 idmançı (212 kişi, 108 qadın) qatılacaq:
-48 kq
Leyla Əliyeva
Könül Əliyeva
-52 kq
Gültac Məmmədəliyeva
-57 kq
Ülviyyə Bayramova
-63 kq
Nərgiz Hacıyeva
-70 kq
Günel Həsənli
Aytac Qardaşxanlı
-78 kq
Nərmin Əmirli
31 may – 1 iyun aralığında Avstriyanın Qrats şəhərində də gənclər arasında Avropa Kuboku keçiriləcək. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda Azərbaycan 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. İdmançılarımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Turnirdə 25 ölkədən 485 idmançı (301 oğlan, 184 qız) mübarizə aparacaq:
-48 kq
Fəridə Mirzəyeva
-52 kq
Xədicə Qədəşova
-57 kq
Fidan Qasımova
Aytən Verdiyeva
-63 kq
Nilgün Rzayeva
Fidan Əlizadə
-70 kq
Pərvanə Abdullayeva
-78 kq
Nigar Süleymanova
26–29 iyun aralığında Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək. Qitə birinciliyində Azərbaycanı ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi yarışlarda təmsil edəcək. Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Oğlanlar
-50 kq
Anar Quliyev
İbrahim Talıbov
-55 kq
Rəsul Əlizadə
Məhəmmədəli Hüsiyev
-60 kq
Zeyd Ələsgərov
-66 kq
Əli Hümbətov
-73 kq
Səid Şərifov
Ayxan Həsənli
-90 kq
Səid Hüseynov
+90 kq
Sübhan Axundov
Qarışıq komanda yarışı
-81 kq
Abdullah Rəhmətov
+90 kq
Tunar Fərzəliyev
Qızlar
-40 kq
Mədinə Hüseynova
-44 kq
Gülşən Hüseynova
Xədicə Abdullayeva
-48 kq
Nərmin Ağamirzəzadə
Leyla Ələkbərova
-52 kq
Aysun Məmmədova
-57 kq
Səmayə Yusifli
-63 kq
Ayan Əliyeva
-70 kq
Məsumə Məmmədli
Azərbaycan cüdoçuları 31 may – 1 iyun aralığında Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında da mübarizə aparacaq.
Qitə yarışında ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Təmsilçilərimiz “Nage-no-kata” və “Katame-no-kata” üzrə çıxış edəcəklər.
Qeyd edək ki, turnirdə 22 ölkədən 332 cüdoçu qüvvəsini sınayacaq.
Naqe-no-kata
İsmayıl Rzayev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
Katame-no-kata
Rafiq Nəcəfov – tori
Seymur Məcidli – uke


