Şəhriyardan 3 qələbə, Teymurdan 4 heç-heçə

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı 5-ci mərhələsində ikinci günün görüşləri baş tutub.

Arena.az xəbər verir ki, ötən gün daha 5 tur oynanılıb. Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ) və Yan-Kşiştof Duda (Polşa) ilə ağ, Alireza Firuzca (FIDE) və Rameşbabu Praqqnanandha (Hindistan) ilə qara fiqurlarla mübarizə aparıb. Görüşlərindən 4-nü heç-heçə ilə başa vuran Rəcəbov Praqqnanandhaya uduzub.

Şəhriyar Məmmədyarov isə Sergey Karyakin (Rusiya) və Lenyer Dominqes (ABŞ) ilə ağ, Qaveyn Cons (Böyük Britaniya), Le Kuanq Lyem (Vyetnam) və Vidit Qucrati (Hindistan) ilə qara fiqurlarla qarşılaşıb. O, Karyakin, Dominqes və Qucratini məğlub edib, Consla heç-heçə edib, Lyemə uduzub.

25 aprel

6-cı tur
Qaveyn Cons (Böyük Britaniya) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Teymur Rəcəbov – Hikaru Nakamura (ABŞ) – 0,5:0,5

7-ci tur
Alireza Firuzca (FIDE) – Teymur Rəcəbov – 0,5:0,5
Şəhriyar Məmmədyarov – Sergey Karyakin (Rusiya) – 1:0

8-ci tur
Le Kuanq Lyem (Vyetnam) – Şəhriyar Məmmədyarov – 1:0
Teymur Rəcəbov – Yan Kşiştof Duda (Polşa) – 0,5:0,5

9-cu tur
Rameşbabu Praqqnanandha (Hindistan) – Teymur Rəcəbov – 1:0
Şəhriyar Məmmədyarov – Lenyer Dominges (ABŞ) – 1:0

10-cu tur
Vidit Qucrati (Hindistan) – Şəhriyar Məmmədyarov – 0:1
Teymur Rəcəbov – Uesli So (ABŞ) – 0,5:0,5

Bu nəticələrdən sonra xallarını 6-ya çatdıran Məmmədyarov və Rəcəbov 5-6-cı yerlərdə qərarlaşıb. 4-cü yerdə gedən Lyemin də eyni xalı var. Karlsen 7 xalla liderdir, Firuzca və Nakamura hərəyə 6,5 xalla 2-3-cü yerləri tutur.

Xəbəri sosial şəbəkələrdə paylaş: