FIFA VAR sistemi üçün “oyundankənar vəziyyət”in mütərəqqi yarımavtomatik müəyyənləşdirilməsi texnologiyası”nı yeniləyəcək.
Arena.az bu barədə ali futbol qurumunun rəsmi saytına istinadən məlumat verir.
Yenilik ABŞ-da keçiriləcək 2025-ci il FIFA Klub Dünya Kubokunda tətbiq ediləcək.
Vurğulanır ki, müvafiq yenilik futbolda xoşagəlməz vəziyyətlərdən sığortalanmağa yardımçı olacaq. Söhbət İngiltərə Premyer Liqasının 36-cı turunun “Nottingem Forest” – “Lester Siti” oyununda (2:2) oyundankənar vəziyyət halında yaşanmış hadisə əsas gətirilməklə, mümkün hallardan gedir. Həmin oyunda “meşəçilər”in 27 yaşlı nigeriyalı mərkəz hücumçusu Tayvo Avonyi oyundankənar vəziyyətdə ikən qapı dirəyi toqquşaraq, qarın boşluğundan ağır zədə almışdı. Ardınca xəstəxanaya təxliyə edilmiş futbolçu süni koma vəziyyətinə daxil edilərək, cərrahi əməliyyat edilmiş və ardınca tamamilə bərpa ola bilmişdi.
Bəyanatda deyilir ki, yenilik hələ dekabr ayında, Qitələrarası Kubokun və gənclərdən ibarət komandaların bir sıra yarışlarında müvəffəqiyyətlə sınaqdan keçirilib.
FIFA bəyan edib ki, sistem oyunçunun və topun vəziyyətini izləyəcək və aşkar oyundankənar vəziyyət halında oyunun baş hakimini bu barədə real zaman gerçəyində dərhal xəbərdar edəcək.


