Xviça Kvaratsxeliyanın evi soyuldu

PSJ-nin 24 yaşlı gürcü ulduzu, sol cinah hücumçusu Xviça Kvaratsxeliyanın Kann şəhərindəki evi soyğunçular tərəfindən qarət edilib.

Arena.az bu barədə “Geo Team” dərgisinə istinadən məlumat verir.

Həmin gün həmçinin “Sent-Etyen”in 24 yaşlı gürcü sol cinah hücumçusu Zuriko Davitaşvilinin də Kandakı evi qarətə məruz qalıb.

Gürcü futbolçuların evlərindən qiymətli zinət əşyaları, bahalı çantalar və saatlar oğurlanıb. Oğurluq, həmvətən futbolçular ailələri birlikdə evlərində olmadıqları vaxt baş verib.

Hüquq-mühafizə orqanları hadisəni araşdırırlar, gürcü futbolçulara dəymiş ziyan hesablanır.

Xatırladaq ki, bu, PSJ-nin oyunçularının son üç il ərzində oğurluğa məruz qaldıqları üçüncü haldır. Xviça Kvaratsxeliyaya qədər, PSJ-nin 29 yaşlı ispan mərkəz yarımmüdafiəçisi Fabian Ruisin evi oğrular tərəfindən qarət edilib. Daha əvvəl isə parislilərin italyan qapıçısı Canluici Donnarumma silahlı basqına məruz qalmış, onun evi isə qarət edilmişdi. Donnarummaya o vaxt 500 min avro məbləğində ziyan dəymişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: