“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduz hücumçusu Kristiano Ronaldonun keçmiş cangüdəni Hiçman Buxari açıqlamsı ilə gündəmə gəlib.
Arena.az “The Telegraph” nəşrinin “Telecinco” dərgisinə istinadı əsasında məlumat verir ki, Mərakeşli mütəxəssis Buxari portuqal ulduzun xidmətində olduğu müddətdə, öz vəzifəsinin icrası müqabilində hansı məbləğdə qazanc əldə etdiyini açıqlayıb.
Cangüdən bildirib ki, Ronaldonun və ailəsinin təhlükəsizliyini təmin etməsi müqabilində “Kriş”dən günə 1000 avro məbləğində qazanc əldə edib. Bu, o deməkdir ki, Buxari ildə 1,5 milyon avro məbləğində qazanc götürüb. Buxari etiraf edərək vurğulayıb ki, Ronaldo heç də riskli müştəri deyil:
“Bizim işimiz müştərinin simasından asılıdır. Kristiano ilə işlədiyim dörd il ərzində onun siması yüksək riskli deyildi, çünki insanlar onu öldürmək istəmirdilər və o, ölüm təhdidləri almırdı. Onu ancaq pərəstişkarları və ya onu qarət etmək istəyən kəslər hədələyirdilər. Bizim, jurnalistlər və gicbəsər pərəstişkarlarla bağlı bəzi sarsaq hadisələrimiz olub, amma ciddi bir xüsus olmayıb. O, mənim nə vaxtsa çalışdığım ən yaxşı rəhbərdir”, deyə Buxari məmnunluqa vurğulayıb.
/i.s3.glbimg.com/v1/AUTH_e7c91519bbbb4fadb4e509085746275d/internal_photos/bs/2025/H/g/7l5FXNQaK5FrjjZGByAQ/monet-fotosdsc-2025-06-06t103537.940.png)


