Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Arena.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın 2 təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, Teymur Rəcəbov isə 2765 xalla 10-cu pillədəki mövqeyini qoruyub.
Nicat Abbasov (2665) və Qədir Hüseynovun (2665) da mövqeyi dəyişməyib. Onlar müvafiq olaraq 72 və 73-cü sıralarda qərarlaşıb.
Rauf Məmmədov isə bir pillə irəliləyərək 2689 xalla 89-cu sıraya yüksəlib.
Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 28-ci sıraya düşüb. 2 pillə geriləyən Gülnar Məmmədova 2382 xalla 80-cidir. 2376 xala malik Xanım Balacayeva da 1 pillə geriləyib və hazırda 90-cı pillədədir.


