“Sabah” Avroliqa üçün 23 futbolçu sifariş etdi

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sabah” bu turnirin 2025/2026-cı illər mövsümü üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Arena.az bu barədə qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan kubokunun qalibi Avroliqanın 1-ci təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubu ilə oyunlara 23 futbolçu sifariş edib.

Baş məşqçi Valdas Dambrauskasın ixtiyarında 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu olacaq:

Qapıçılar: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 92. Stas Pokatilov;

Müdafiəçilər: 2. Amin Seydiyev, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 17. Tellur Mütəllimov, 40. İqor Noqeyra, 53. Andrey Santos, 80. Akim Zedadka;

Yarımmüdafiəçilər: Zinədin Uld Xaled, 6. Abdulla Xaybullayev, 8. Ayaz Quliyev, 10. Anatoli Nuriyev, 11. Kahim Parris, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 88. Xəyal Əliyev;

Hücumçular: 18. Pavol Şafranko, 20. Coy Lens Mikels, 70. Jesse Sekidika, 99. Neqoş Kupusoviç.

Xatırladaq ki, “Sabah” və “Çelye” arasında ilk oyun iyulun 10-da “Masazır Arena”da keçiriləcək. Bu komandaların cavab görüşü isə iyulun 17-də Çelyedə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: