“Ayaks” çempionluğu rəsmiləşdirdi

Futbol üzrə Niderland çempionatında 2020/21 mövsümünün qalibi məlum olub.

Arena.az xəbər verir ki, 35-ci turda “Emmen”i 4:0 hesabıyla məğlub edən “Ayaks” sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

35 turdan sonra xallarının sayını 89-a yüksəldən “Ayaks” ən yaxın izləyicisi PSV-ni 14 xal qabaqlayaraq, çempion olub.

Amsterdam təmsilçisi klub tarixində 35-ci dəfə Erediviziyanın qalibi adını qazanıb. Bu baxımdan amsterdamlıların ən yaxın izləyicisi 24 çempionluğu olan PSV-dir. “Feyenoord”un isə 15 çempionluğu var.

Xəbəri sosial şəbəkələrdə paylaş: