Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil edilmiş püşkatma mərasimində dəqiqləşib.
Ağdam klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) məğlub olacağı təqdirdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Maraqlıdır ki, “Qarabağ” “Şkendiya”nı məğlub edəcəyi təqdirdə də eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-20-də və 26-27-də baş tutacaq. Avropa Liqasında isə bu raundun matçları avqustun 21-də və 28-də keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
Hamrun (Malta)/Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi – Dinamo (Kiyev, Ukrayna)/Pafos (Kipr) cütünün məğlubu
Şkendiya (Şimali Makedoniya)/Qarabağ (Azərbaycan) cütünün məğlubu – Ludoqorets (Bolqarıstan)/Ferentsvaroş (Macarıstan) cütünün məğlubu
Kayrat (Qazaxıstan)/Slovan (Bratislava, Slovakiya) cütünün məğlubu – Yanq Boyz (İsveçrə)
Malmö (İsveç)/Kopenhagen (Danimarka) cütünün məğlubu – Siqma (Çexiya)
Panatinaikos (Yunanıstan)/Şaxtyor (Donetsk, Ukrayna) cütünün qalibi – Samsunspor (Türkiyə)
Aberdin (Şotlandiya) – Styaua (Rumıniya)/Drita (Kosovo) cütünün qalibi
Lex (Polşa)/Srvena Zvezda (Serbiya) cütünün məğlubu – Genk (Belçika)
Fredrikstad (Norveç)/Midtyulland (Danimarka) cütünün qalibi – RFS (Latviya)/KuPS (Finlandiya) cütünün qalibi
Linkoln (Cəbəllüttariq)/Noa (Ermənistan) cütünün qalibi – ÇFR (Rumıniya)/Braqa (Portuqaliya) cütünün qalibi
Zrinski (Bosniya və Herseqovina)/Breydablik (İslandiya) cütünün qalibi – Servett (İsveçrə)/Utrext (Niderland) cütünün qalibi
Hakken (İsveç)/Brann (Norveç) cütünün qalibi – AEK (Kipr)/Legiya (Polşa) cütünün qalibi
Riyeka (Xorvatiya)/Şelburn (İrlandiya) cütünün qalibi – PAOK (Yunanıstan)/Volfsberger (Avstriya) cütünün qalibi


