“Barselona”nın prezidenti Joan Laporta Fransa nəhəngi PSJ-nin artıq geridə qalmış mövsümdəki çıxışını qiymətləndirib.
Arena.az “Marca” nəşrinə istinadən, Laportanın müvafiq qənaətini təqdim edir:
“PSJ ötən mövsümü yaxşı keçirdi. Onlar Çempionlar Liqasını, Fransa çempionatını qazandılar, əla məşqçiləri, futbolçuları və komandası ilə yaxşı futbol göstərdilər. Təəssüf ki, bizə onlarla oynamaq nəsib olmadı, amma mən düşünürəm ki, ötən mövsümdə həm biz və həm də onlar ən yaxşı oyun keyfiyyətinə malik kamandalar idilər. Ümidvaram, yeni mövsümdə biz qarşılaşacaq və kimin daha yaxşı olduğunu nəhayət müəyyənləşdirəcəyik”.
Xatırladaq ki, ötən mövsümdə “Barselona” çıxış etdiyi bütün yarışları qazansa da, UEFA Çempionlar Liqasının yarımfinalında “İnter” səddini keçə bilməmişdi.


