“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi yaxşı təhlil etmişdik. 7-8 futbolçumuz oynamasa da, uğurlu nəticə qazana bildik. Futbolçularımı təbrik edirəm.
Müdafiənin mərkəzində şans verdiyimiz Bəxtiyar Həsənalızadə və Ruslan Abışov tandeminin çıxışını qənaətbəxş hesab edirəm. Ümumiyyətlə, bizdə zəif çıxış edən futbolçu yoxdur. Bu gün istənilən oyunçu özünü yaxşı tərəfdən göstərdi.
Bəxtiyar Həsənalızadə zədələnsə də, durumunun nə yerdə olduğunu dəqiq deyə bilmərəm. Buna həkimlərin müayinəsindən sonra aydınlıq gələcək”.


