Futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub.
Türkiyə təmsilçisi “Başakşəhər” səfərdə 3 qol vurduğu Norveçin “Vikinq” komandası ilə bu dəfə doğma meydanda qarşılaşıb. Bu dəfə heç-heçə qeydə alınsa da, ilk oyundakı qələbə İstanbul klubunu pley-offa daşıyıb.
Qeyd edək ki, bu mərhələnin qalan cavab görüşləri sabah – avqustun 14-də keçiriləcək. Azərbaycan təmsilçilərindən “Sabah” evdə Bolqarıstanın “Levski” (Sofiya) komandasını qəbul edəcəksə, “Araz-Naxçıvan” Kiprdə “Omoniya”nın qonağı olacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
13 avqust
Başakşəhər (Türkiyə) – Vikinq (Norveç) 1:1
İlk oyun – 3:1.


