Bu gün futbol üzrə Avropa Liqasının (Avroliqa) 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, komandalar əsas mərhələdə 8 oyun keçirəcəklər.
Rəqiblər səbətlər üzrə göstərilib. Həmçinin, hansı oyunların evdə, hansının səfərdə keçiriləcəyi də qeyd olunub.
Qeyd edək ki, 2024/25 mövsümündən etibarən Avroliqada artıq əvvəlki kimi 32 deyil, 36 komanda iştirak edir. Əvvəllər komandalar dörd iştirakçılı qruplara bölünürdülər, indi isə “İsveçrə sistemi” tətbiq olunur – burada bütün 36 komanda vahid turnir cədvəlində yer alır.
Avropa Liqasının hazırkı qalibi İngiltərənin “Tottenhem” klubudur.






