La Liqa: Bu yayın ən bahalı beş transferi bəlli oldu

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümündən öncəki yayın ən bahalı futbolçu transferləri bəlli olub.

Arena.az xəbər verir ki, bu yayın ən bahalı üç keçidini Madrid “Real”ı gerçəkləşdirib.

Birinci pillədə İngiltərə təmsilçisi “Bornmut”dan bu komandaya keçmiş Din Höysen (62,5 milyon avro) qərarlaşıb.

İkinci sırada Portuqaliyanın “Benfika” klubundan transfer edilmiş Alvaro Karreras (50 milyon avro) yer alıb.

“Real” Argentinanın “River Pleyt” komandasından Franko Mastantuononu isə 45 milyon avroya alıb.

“Vilyarreal”ı “Atletiko”ya dəyişmiş Aleks Baena (42 milyon avro) dördüncü pillədə yer alıb.

Fransanın “Olimpik” (Lion) klubundan “Vilyarreal”a keçmiş Georgi Mikautadze (31 milyon avro) beşincidir.

Xatırladaq ki, La Liqada yay transfer dönəmi sentyabrın 1-də bağlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: