La Liqa: Xabi Alonsolu “Real”ın ardıcıl 6-cı qələbəsi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turuun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Atletik” – “Jirona” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Espanyol” – “Valensiya” matçında da qalib müəyyənləşməyib.

“Sevilya”nın qonağı olmuş “Vilyarreal” səfərdən çətin qələbə ilə ayrılıb.

Cari mövsümün itkisiz irəliləyən yeganə komandası “Real” isə bu dəfə səfərdə “Levante”ni darmadağınla yenib.

6-cı turun qalan görüşləri sentyabrın 24-də və 25-də keçiriləcək.

İspaniya, La Liqa
6-cı tur

23 sentyabr

Atletik – Jirona 1:1
Qollar: Jaureqizar, 48 – Unahi, 9.

Espanyol – Valensiya 2:2
Qollar: Kabrera, 59. Puado, 90+6 – Danjuma, 15. Duro, 62.

Levante – Real 1:4
Qollar: Etta Eyonq, 54 – Vinisius, 28. Mastantuono, 38. Mbappe, 63-pen; 66.

Sevilya – Vilyarreal 1:2
Qollar: Sou, 51 – Oluvaseyi, 17. Solomon, 86.

24 sentyabr

21:00. Xetafe – Alaves
23:30. Atletiko – Rayo Valyekano
23:30. Real Sosyedad – Malyorka

25 sentyabr

21:30. Osasuna – Elçe
23:30. Real Ovyedo – Barselona