İtaliya A Seriyasında mübarizə aparan “Roma” komandası futbol üzrə Avropa Liqasında (Avroliqa) yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi bu turnirdə ən çox qalibiyyət əldə edən kollektivə çevrilib.
“Canavarlar” buna Avroliqanın 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin ilk turunda Fransada “Nitsa” komandasını məğlub etməklə nail olublar.
İtaliya komandası sözügedən qarşılaşmada rəqibini 2:1 hesabı ilə üstələyib. Nəticədə Avroliqada 97-ci qələbəsini qazanmış “Roma” bu göstəricidə İngiltərənin “Tottenhem” klubunu geridə qoyub.
Qeyd edək ki, “Tottenhem” bu mövsüm Avropa Liqasında iştirak etmir. Bu isə o deməkdir ki, İtaliya klubu cari mövsümün gedişində keçirəcəyi növbəti oyunlarda yeni qələbələr qazanmaqla öz rekordunu daha da əlçatmaza çevirə bilər.


