La Liqa: “Real”a ilk məğlubiyyəti “Atletiko” yaşatdı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Xetafe” – “Levante” matçında qalib müəyyənləşməyib. “Malyorka” “Alaves”i, “Vilyarreal” isə “Atletik”i məğlub yola salıb.

Turun mərkəzi oyununda iki paytaxt klubu – “Atletiko” ilə “Real” qarşılaşıb. Madrid derbisində qapılara bütövlükdə 7 qol vurulub. Bu tura qədər itkisiz irəliləyən “Real” ilk məğlubiyyətini əzəli rəqibindən alıb.

7-ci turun qalan görüşləri sentyabrın 28-də və 29-da keçiriləcək.

İspaniya, La Liqa
7-ci tur

26 sentyabr

Jirona – Espanyol 0:0

27 sentyabr

Xetafe – Levante 1:1
Qollar: X.İqlesias, 57 – İ.Romero, 26.

Atletiko – Real 5:2
Qollar: Le Normand, 14. Sörlot, 45+3. X.Alvares, 51-pen; 63. Qrizmann, 90+3 – Mbappe, 25; A.Gülər, 36.

Malyorka – Alaves 1:0
Qol: Asano, 37.

Vilyarreal – Atletik 1:0
Qol: Moleyro, 77.

28 sentyabr

16:00. Rayo Valyekano – Sevilya
18:15. Elçe – Selta
20:30. Barselona – Real Sosyedad
23:00. Betis – Osasuna

29 sentyabr

23:00. Valensiya – Real Ovyedo

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: