“Qarabağ” – “Kopenhagen” matçı Gözübüyükə tapşırıldı

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 2-ci turunun “Qarabağ” – “Kopenhagen” oyununun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, UEFA Bakıda keçiriləcək bu oyunu Niderlanddan olan FIFA referisi Serdar Gözübüyükə tapşırıb.

Ona yan xətt hakimləri Ervin Zeynstra ilə Patrik İnya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yannik Van Der Laan yerinə yetirəcək. VAR-da Rob Dyeperin, AVAR-da Yerun Manshot əyləşəcəklər.

Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:45-də start veriləcək.

Azərbaycan çempionu ÇL-in Liqa mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika” komandasına qalib gəlib – 3:2. Danimarka təmsilçisi isə Almaniyanın “Bayer” kollektivi ilə ev oyunundan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: