Leandro Andrade: “Azərbaycan xalqını sevindirməyə çalışacağıq”

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsində “Kopenhagen”lə matçdan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Danimarka təmsilçiləri arasında baş tutacaq ÇL-in Liqa mərhələsinin 2-ci turunun oyunu sabah Bakıda təşkil olunacaq.

Leandro Andrade bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Baş məşqçimizin dediyi kimi, hamımız üçün vacib oyundur. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bu da bizi motivasiya edir ki, ən yaxşı oyunumuzu meydanda göstərək. Stadionumuz gözəldir.

Bu, UEFA Çempionlar Liqasıdır. Hər komanda güclüdür. “Kopenhagen” də əla komandadır. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik və maksimumuzu meydanda verəcəyik. Oyuna maksimum dərəcədə fokuslanacağıq.

Mən oyuna daha çox fokuslanmışam. Sabah necə olacağını görəcəyik. Birlikdə mübarizə aparacağıq. Çox maraqlı oyun olacaq. Ən yaxşısını edəcəyimizə inanıram”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: