İkinci Liqa: “Şirvan”la “Şəmkir”dən 3 qolluq qələbə

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Şəmkir” – “Ağstafa Gəncləri” oyununda meydan sahibləri inamlı qələbəyə seviniblər. “Şirvan” isə “Kür-Araz”ı səfərdə eyni hesabla məğlub edib. “Xankəndi” də bu dəfə “Şəki”ni minimal hesabla üstələyib.

İkinci Liqa
4-cü tur

29 sentyabr

“Araz Saatlı” – “Qaradağ Lökbatan” 0:3
Qollar: Sabir Allahquliyev, 19. Ramil Orucov, 29. Tofiq Nəsibov, 43.
Hakimlər: Ceyhun Hüseynov, Cavid Ömərov, Elman Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Ağdaş” – “Quba” 2:2
Qollar: Yusif Yusifzadə, 50. Oleq Xəlilov, 61 – Vidadi Cəfərov, 3. Nihad Mollayev, 46.
Hakimlər: Nazim Abdullayev, Rasim Axundov, Ruslan Babayev, Nəriman Ağayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Ağdaş şəhər stadionu, 15:00.

“Dinamo” – “Göygöl” 1:1
Qollar: Xəyal Qocayev, 81 – Əlibala Ağayev, 64-öz qapısına.
Hakimlər: Rasim Musayev, Rəşad Quliyev, Taleh Məmmədov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 15:00.

30 sentyabr

“Xankəndi” – “Şəki” 1:0
Qol: Tural Qurbatov, 76.
Hakimlər: Nahid Xasıyev, Elmin Süleymanov, Əhməd Əhmədsoy, AlikYunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Şəmkir” – “Ağstafa Gəncləri” 3:1
Qollar: Nihat Sarıyev, 16. İlkin Əliyev, 25. Fəzail Şirxanzadə, 53 – Vüsal Aslanov, 32.
Hakimlər: Rəsul Babayev, Safalı Ağayev, Tural Bayramov, Ləman Əmirli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Kür-Araz” – “Şirvan” 1:3
Qollar: Cavidan Qasımlı, 13 – Elariz Xəlilli, 4; 70. Vüsal Səfərov, 26-öz qapısına.
Hakimlər: Kamil Aydınov, Aydın Bəxşiyev, Sənan Atayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elman Musayev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: