“Şamaxı” üçün 700-cü çempionat oyunu

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turu “Şamaxı” üçün əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yubiley matçında “Qəbələ”ni səfərdə 1:0 hesabı ilə məğlub edib.

“Şamaxı” 700 görüşdə 295 qələbə qazanıb, 197 heç-heçə edib və 218 dəfə uduzub. 869 qol vuran komanda 714 top buraxıb.

Bu həm də 350-ci səfər sınağı olub. Rəqib meydanlarında 122-ci qələbəsini qazanan komanda 98 heç-heçə edib və 130 məğlubiyyət alıb. 402 qola sevinən şamaxılılar 434 top buraxıb.

Xatırladaq ki, ilk oyunu 1999/2000-ci illər mövsümünə təsadüf edən “Xəzər Universiteti” 1999-cu il oktyabrın 29-da evdə “Şəfa”ya uduzub – 0:1. İlk səfər isə noyabrın 13-də “Şəmkir”lə görüşə təsadüf edib – 0:6.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: