Ukrayna – Azərbaycan: Öncə Rebrov, sonra Abbasov

Dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin Ukrayna – Azərbaycan matçından öncə açıq məşq və mətbuat konfransları təşkil olunacaq.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Qurumdan verilən məlumata görə, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də, Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtları müəyyənləşib.

Öncə Ukrayna yığmasının baş məşçisi Sergey Rebrovun mətbuat konfransı baş tutacaq və rəqibimizin oyundan öncəki son məşqi təşkil ediləcək. Daha sonra isə millimizə rəhbərlik edən Ayxan Abbasov jurnalistlər önünə çıxacaq. Ardından yığmamızın son məşqinə start veriləcək.

12 oktyabr

Ukrayna milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: