Azərbaycan millisinin Polşada baqajı itdi, məşqə çıxa bilmədi

Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Ukrayna ilə oyundan öncə baqajı itib.

Arena.az xəbər verir ki, bu barədə polşalı jurnalist Pyotr Slonka məlumat yayıb.

Bildirilir ki, Azərbaycan milli komandası Ukrayna ilə səfər oyunu üçün Polşaya gedərkən baqajını itirib. Mənbənin məlumatına görə, Azərbaycan millisi Krakova baqajsız gəlib. Bu səbəbdən komanda Ukrayna ilə oyun öncəsi məşqə vaxtında başlaya bilməyib.

Xatırladaq ki, Azərbaycan millisinin Ukrayna yığması ilə səfər oyunu sabah – oktyabrın 13-də Polşada baş tutacaq. Üç turdan sonra Ukrayna milli komandası 4 xalla qrupda ikinci, Azərbaycan yığması isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

Yalnız qrup qalibi dünya çempionatına birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komanda final turnirində iştirak hüququ üçün pley-offda çıxış edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: