Birinci Liqa: 6-cı turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Növbəti turun oyunları iki günü əhatə edəcək. Oktyabrın 22-də iki oyun baş tutacaq. Turun qalan görüşləri isə bir gün sonra – ayın 23-də keçiriləcək. Bütün oyunlara saat 14:00-da start veriləcək.

Birinci Liqa
6-cı tur

22 oktyabr

14:00. MOİK – “Baku Sportinq”
Binə qəsəbə stadionu.

14:00. “Şimal” – “Difai”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

23 oktyabr

14:00. “Cəbrayıl” – “Şahdağ Qusar”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

14:00. “Şəfa” – “Səbail”
Binə qəsəbə stadionu.

14:00. “Zaqatala” – “Mingəçevir”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: