Abdullah Zubir Premyer Liqada 50-yə çatdı, Mahir Emrelini ötdü

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün 8-ci turu Abdullah Zubir üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Qarabağ”ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub.

O, “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib.

Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vurmuş yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.

  1. Nazim Əliyev – 183
  2. Müşfiq Hüseynov – 125
  3. Rövşən Əhmədov – 116
  4. Qurban Qurbanov – 115
  5. Samir Ələkbərov – 115
  6. Alay Bəhramov – 108
  7. Nadir Nəbiyev – 103
  8. Xaqani Məmmədov – 102
    9 . Vadim Vasilyev – 102
  9. Kənan Kərimov – 101
  10. Musa Qurbanov – 94
  11. Fazil Pərvərov – 89
  12. Samir Musayev – 88
  13. Fərrux İsmayılov – 85
  14. İmamyar Süleymanov – 85
  15. Samir Əliyev – 84
  16. İsmayıl Məmmədov – 76
  17. İlham Məmmədov – 74
  18. Azər İsayev – 73
  19. Paşa Əliyev – 72
  20. Badri Kvaratsxeliya – 71
  21. Zaur Ramazanov – 70
  22. Filip Ozobiç – 67
  23. Yunis Hüseynov – 66
  24. Vidadi Rzayev – 65
  25. Mahir Əliyev – 65
  26. Rauf Əliyev – 63
  27. Mahmud Qurbanov – 61
  28. Ramiz Məmmədov – 61
  29. Georgi Adamiya – 61
  30. Mahir Emreli – 59
  31. Rəşad Abdullayev – 58
  32. Davit Volkov – 56
  33. Vaqif Cavadov – 53
  34. Amil Yunanov – 52
  35. Riçard Almeyda – 51
  36. Həsən Abdullayev – 51
  37. Viktor İqbekoyi – 50
  38. Vüqar Qəmbərov – 50
  39. Mehman Baxışov – 50
  40. Yalçın Bağırov – 50
  41. Abdullah Zubir – 50

Abdullah Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxmış fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib. O, 71 qol vurmuş Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olmuş Müşfiq Hüseynovdan geri qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: