DÇ-2026: Emin Mahmudov liderlər sırasında

Azərbaycan millisinin kapitanı Emin Mahmudov DÇ-2026-nın başa çatmış seçmə mərhələsində bir göstəriciyə görə liderlər sırasında qərarlaşıb.

Arena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi rəqibin hücumları zamanı topa müdaxilədə ilk “3-lük”də qərarlaşıb.

Emin Mahmudov meydana çıxdığı 6 oyunda 21 dəfə bunu bacarıb. Qazaxıstanlı İslam Çesnokov və maltalı Aleksander Satariano da topa eyni sayda müdaxilə edib.

Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində D qrupunu 1 xalla sonuncu – dördüncü pillədə başa vurub. Komandamız keçirdiyi 6 oyunda cəmi 1 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. “Neftçi”nin formasını geyinən Emin Mahmudov bu görüşlərin hamısında iştirak edib, 1 qola imza atıb. Bütövlükdə isə millimiz rəqib qapılarından cəmi 3 top keçirdiyi halda 16 qola üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: