La Liqa: “Real” “Jirona” ilə bacarmadı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Real Sosyedad” evdə “Vilyarreal”a, “Sevilya” “Betis”ə, “Selta” isə “Espanyol”a məğlub olub. “Jirona”nın qonağı olmuş “Real” turu xal itkisiylə başa vurub.

14-cü tura dekabrın 1-də keçiriləcək “Rayo Valyekano” – “Valensiya” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
14-cü tur

28 noyabr

Xetafe – Elçe 1:0
Qol: Arambarri, 56.

29 noyabr

Malyorka – Osasuna 2:2
Qollar: Muriqi, 62-pen; 66 – R.Qarsiya, 82. Boyomo, 90+2.

Barselona – Alaves 3:1
Qollar: Yamal, 8. Olmo, 26; 90+3 – İbanes, 1.

Levante – Atletik 0:2
Qollar: Navarro, 3. N.Uilyams, 44.

Atletiko – Real Ovyedo 2:0
Qollar: Sörlot, 16; 26.

30 noyabr

Real Sosyedad – Vilyarreal 2:3
Qollar: Soler, 60. Barreneçea, 87 – A.Peres, 31. Moleyro, 57; 90+5.

Sevilya – Betis 0:2
Qollar: Fornals, 54. Altimira, 68.

Selta – Espanyol 0:1
Qol: K.Qarsiya, 86.

Jirona – Real 1:1
Qollar: Unahi, 45 – Mbappe, 67-pen.

1 dekabr

00:00. Rayo Valyekano – Valensiya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: