Bekhem: “MY daha yaxşı nəticələr qazanmağa başlayıb”

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Devid Bekhem “qırmızı şeytanlar”ın cari mövsümdəki çıxışına qiymət verib.

Arena.az veteran futbolçunun müvafiq fikrini təqdim edir:

“Düşünürəm ki, məşqçinin vəziyyəti dəyişdiyini göstərən əlamətlər var. O, bəzi xüsusları təshih edib və biz daha yaxşı nəticələr qazanmağa başlayırıq”, deyə Bekhem vurğulayıb.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 14 oyuna cəmi 6 qələbə qazanıb, 4 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 22 top keçirmiş “qırmızı şeytanlar” 21 qol buraxıblar. Hazırda 22 xal toplamış Mançester nəhəngi 20 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

“Mançester Yunayted” Premyer Liqada növbəti oyununu dekabrın 8-də səfərdə “Vulverhempton”a qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: